İnterpress.az xəbər verir ki, Taleh Məmmədov (60 kq) və Beka Kandelakinin (130 kq) ilk görüşləri təsnifat, Elvin Mürsəliyevinki (77 kq) isə 1/16 final mərhələsinə təsadüf edəcək. Məmmədov bolqarıstanlı 35 yaşlı Avropa və dünya çempionu İvo Angelovla üz-üzə gələcək.
Mürsəliyev 23 yaşadək güləşçilər arasında gürcüstanlı dünya çempionu Gela Bolkvadzeni, Beka Kandelaki isə gənclər arasında Avropa çempionatının belaruslu mükafatçısı Pavel Rudakovu sınağa çəkəcək.
Dünya çempionatı
16 sentyabr
60 kq
Təsnifat. Taleh Məmmədov – İvo Serafimov Angelov (Bolqarıstan)
77 kq
1/16 final. Elvin Mürsəliyev – Gela Bolkvadze (Gürcüstan)
130 kq
Təsnifat. Beka Kandelaki – Pavel Rudakov (Belarus)
Qeyd edək ki, hələlik Azərbaycanın yunan-Roma güləşçiləri 2 medal qazanıblar. Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala sahib olub.