Bunu rusiyalılar arasında keçirilən rəy sorğusunun nəticələri göstərib. İnterpress.az xəbər verir ki, “Levada-sentr” Sorğu Mərkəzinin apardığı araşdırmalara görə, 52% rusiyalı Stalinin Rusiya tarixində oynadığı rolu “tam müsbət” və “kafi” qiymətləndirib. Əks düşünənlərin faizi 30 olub.
“Qələbənin 60 illiyinin qeyd olunmasından sonra Stalinin nüfuzu yüksələn xətlə inkişaf edib”. Bunu sorğunun nəticələrini şərh edən “Levad-sentr”in müdir müavini Aleksey Qrajdanski deyib. Onun sözlərinə görə, Stalinin adı müsbət mənada İkinci Dünya Müharibəsi konteksində, mənfi yöndə isə represiyada hallandırılır.
Digər tarixi şəxsiyyət, İkinci Nikolay respondentlərin 52%-nin fikrincə vətən üçün daha çox yaxşı işlər görüb. Rəyi soruşanların 36 faizi Leninə, 11 faizi isə Boris Yeltsinə müsbət yanaşıb.
İnterpress.az