İnterpress.az xəbər verir ki, bu barədə qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul olunub.
AMEA Rəyasət Heyəti Aparatı Elm və təhsil idarəsinin Elmi tədqiqatların təşkili şöbəsinin rəis müavini, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov Rəyasət Heyəti Aparatı Elm və təhsil idarəsinin Təhsil şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Dəyişiklikdə əsas məqsəd AMEA-da elmlə təhsilin səmərəli inteqrasiyasını təmin etmək, Azərbaycanın yüksəkixtisaslı mütəxəssislərə və elmi kadrlara artan tələbatını ödəmək, respublika üçün son dərəcə əhəmiyyətli olan tətbiqi ixtisaslar üzrə elmi biliklərə yiyələnmiş kadrlar hazırlamaqdır.
AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqova AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin əsasnaməsini hazırlayaraq Rəyasət Heyətinin müzakirəsinə təqdim etməsi tapşırılıb.
Qərarın icrasına nəzarət AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevə həvalə edilib.
İnterpress.az