Münxen “Bayern”i baş məşqçı Niko Kovaç ilə yollarını ayırdığını bildirib.
İnterpress.az xəbər verir ki, müqavilə qarşılıqlı anlaşma əsasında ləğv olunub.
“Bayern”in Rəyasət Heyətinin sədri Karl-Haynts Rumeniqe bildirib ki, komandanın son uğursuzluqları klub rəhbərliyini hərəkətə gətirib. Baş məşqçi səlahiyyətlərini müvvəqqəti olaraq Qans Flik icra edəcək. O komandanı Çempionlar Liqasında “Olimpiakos”la oyuna hazırlayacaq.
Qeyd edək ki, noyabrın 2-də “Ayntraxt” münxenliləri darmadağın edib – 5:1. Komanda 10 turdan sonra dördüncü yeri tutur.
Almaniya doğumlu xorvat Niko Kovaç “Bayern”ə ötən ilin yayında gəlib. O, klubu Bundesliqanın qalibi etsə də, Çempionlar Liqasında “Liverpul”a məğlub olaraq mübarizəni dayandırıb.