AFFA-nın Seçki Konfransı başladıbackend

AFFA-nın Seçki Konfransı başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 28-də AFFA-nın növbəti konfransı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransda AFFA rəhbərliyinə və İcraiyyə Komitəsinə seçkilər keçiriləcək.

AFFA-nın nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndinə əsasən, Rövnəq Abdullayevin qurumun prezidenti vəzifəsinə namizədliyini irəli sürülüb.

İsgəndər Cavadov, Kazbek Tuayev və Elxan Məmmədovun AFFA İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən təqdim olunub. Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən Zaur Axundov, Rauf Əliyev, Vaqif Sadıqov, Elşad Nəsirov, Fərid Mansurov namizədliyi irəli sürülüb. Firudin Qurbanov, Mahir Məmmədovun namizədliyini Sahə Futbol Federasiyaları İctimai Birliyi, Elmar Məmmədyarov və Könül Mehtiyevanin namizədliyini isə İctimai Futbol Təşkilatları İctimai Birliyi təqdim edib.

İnterpress.az