69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən deputatlığa namizəd Fəzail İbrahimli Biləsuvar rayon Xırmandalı kəndində əhali ilə görüş keçirib.
Seçki təbliğatı dövründə hər yerdə secisilərin böyük rəğbəti ilə qarşılanan F.İbrahimlinin Xırmandalı kəndindəki görüşü də böyük coşqu ilə keçirilib. Kənd ağsaqqallarının, zitalıların iştirak etdiyi görüşdə seçicilər öz problemlərindən danışıb və namizədə onları maraqlandıran suallarla müraciət edib. Fəzail İbrahimli seçiciləri qarşısında öz platformasını geniş formada izah edərək seçiləcəyi halda rayonun problemlərinin həlli üçün əlindən gələni edəcəyini və ləyaqətli bir millət vəkili olacağına söz verib. Görüşdə iştirak edənlər 9 fevralda Fəzail İbrahimliyə səs verəcəklərini bildiriblər.