Koronavirusa yoluxan qadın sağlam uşaq dünyaya gətirdi – FOTObackend

Koronavirusa yoluxan qadın sağlam uşaq dünyaya gətirdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusa yoluxan qadın sağlam uşaq dünyaya gətirib.

EGNS-in xəbərinə görə, hadisə Xeylunçzyan əyalətinin Xarbin şəhərində baş verib.

Hamiləliyinin 38-ci həftəsində olan, koronavirusa yoluxaraq vəziyyəti pisləşən qadına həkimlər keysəriyyə əməliyyatı məsləhət görüblər.

Əməliyyat nəticəsində 3,05 kiloqram çəkidə qız uşağı dünyaya gəlib.

Həkimlər onun sağlamlığını Apqar şkalasına uyğun ən yüksək – 10 balla qiymətləndiriblər.

Yeni doğulmuş körpədən iki dəfə alınan analizlərin nəticəsinə görə, uşaqda koronavirus aşkar edilməyib.

Hazırda ana və körpəsi təcrid olunmuş palatada həkim nəzarətindədirlər.

Həkimlərin bildirdiyinə görə, ananın vəziyyəti yaxşılaşır.

Koronavirusa yoluxan qadın sağlam uşaq dünyaya gətirdi - FOTO