Vilayət Eyvazovdan general Həsən Şirinovun yerinə TƏYİNATbackend

Vilayət Eyvazovdan general Həsən Şirinovun yerinə TƏYİNAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş verib.

İnterpress.az -ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis polkovniki Nurullah Məmmədxanlı Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini vəzifəsinə təyin edilib.

O, bundan əvvəl BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, bir neçə gün əvvəl V.Eyvazov əmrinə əsasən, BŞBPİ-nin rəis müavini, polis general-mayoru Həsən Şirinov tutduğu vəzifədən azad olunub.

BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumatı saytımıza təsdiq edib.

İnterpress.az