Samuxda ferma ərazisində yanğın: Xəsarət alan varbackend

Samuxda ferma ərazisində yanğın: Xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samux rayonunun Sarıqamış kəndində ferma ərazisinə yığılan 4 278 ton ot bağlamasının 2 278 tonu yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı bir nəfər xəsarət alıb.

Ot bağlamalarının qalan hissəsi və yaxınlıqda yığılan digər ot bağlamaları yanğından mühafizə olunub.

Alov söndürülüb.

 

 

 

Interpress.az