Elamin Dibirov: Paşinyan problemləri həll etməkdə acizdirbackend

Elamin Dibirov: Paşinyan problemləri həll etməkdə acizdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan bu cür təxribatçı və işğalçı hərəkətləri ilə diqqəti Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə və daxildə yaranmış olan narazılığı səngitməyə çalışır”.

Bu sözləri İnterpress.az-a açıqlamasında Ucar Gənclər Evinin direktoru Elamin Dibirov söyləyib.

Onun sözlərinə görə, Paşinyan rejimi müharibəyə son variant kimi baxır və əks təqdirdə hakimiyyətini itirə bilər:

“Bu gün Ermənistan çox ciddi tənəzzül dövrünü yaşayır. Ölkədə işsizlik rekord həddə çatıb, sosial-iqtisadi problemlər dözülməzdir. Erməni əhalisi çıxış yolu olaraq mühacirətə üz turur. kütləvi şəkildə xaricə axın edirlər. İqtidara sırf təsadüf nəticəsində gələn Nikol Paşinyan və komandası bu problemləri həll etməkdə acizdir. Daxildə narazılıqlar sürətlə artır və hər gün yeni mərhələyə qədəm qoyur. Paşinyan rejimi faktiki olaraq sonun başlanğıcı dövrünü yaşayır. Hadisələrin bu şəkildə davamı qısa müddətə Ermənistanda növbəti hakimiyyət dəyişikliyini qaçılmaz edir. Görünür Paşinyana ciddi məlumat daxil olub ki, əhali qiyama hazırlaşır. O, əhalinin problemlərini həll etmək və vaxtilə verdiyi vədləri həyata keçirmək əvəzinə, diqqəti əsas hədəfdən yayındırmağa çalışır. Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində növbəti təxribatının mahiyyətində bu amil dayanır. Eyni zamanda Azərbaycanın dünya miqyasında artan rolu müəyyən qüvvələri narahat edir. Onlar işğalçı Ermənistan vasitəsilə öz çirkin maraqlarını həyata keçirməyə, ölkəmizə təzyiq göstərməyə çalışırlar”.

Ucar Gənclər Evinin direktoru beynəlxalq birliyi Ermənistanın işğalçı siyasətinə göz yummamağa çağırır:

“Koronavirus bütün bəşəriyyəti təhdid edir. İnsanlar sosial izolyasiya tədbirləri səbəbindən evlərdə qalır, əksər iş yerləri bağlanıb, dünyanın itisadi vəziyyəti sürətlə pisləşməkdədir. Dünya ictimaiyyətinin bütün diqqətini koronavirusla mübarizəyə yönəltdiyi bir ərəfədə Ermənistan işğalçılıq siyasətini davam etdirir, təmas xəttində atəşkəs rejimini pozur. Bu vandalizm aktına dünya birliyi hələ də susur. Əgər beynəlxalq birlik Ermənistanı dayandıra bilmirsə, o zaman Azərbaycan ordusu bunu çox ustaqlıqla həyata keçirəcək. Çox qəribə mənzərə yaranıb. Ermənistan beynəlxalq hüquq və normalara məhəl qoymur, onları kobud sürətdə pozur. Lakin dünya birliyi buna göz yummaqda davam edir. Görünür müəyyən qüvvələr Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanmasında maraqlıdır və bundan öz siyasi məqsədləri üçün istifadə edir”.

Elamin Dibirov qeyd edir ki, 2016-cı ilin aprel döyüşlərində olduğu kimi, Azərbaycan ordusu bu döyüşlərdə də öz sözünü deyəcək:

“Azərbaycan ordusu kifayət qədər güclüdür, ən müasir silahla təhciz olunub. Son günlər cəbhə bölgəsində baş verənlər bir daha göstərdi ki, Paşinyan rejimi yenidən Ermənistanı fəlakətə sürükləyir. Əslində Ermənistan forpost dövlətdir və arxasında dayanan qüvvələrə sığınır. Lakin unudur ki, onların arxasında dayanan qüvvələrin özləri belə Azərbaycan ordusunun qarşısında acizdir. Azərbaycan xalqı həmrəylik nümayiş etdirir və Ali Baş Komandanın əmrini gözləyir. Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Azərbayan bir qarış torpağını da güzəştə getməyəcək”.

 

İnterpress.az