Qubada 6 yaşlı oğlanı maşın vuraraq öldürübbackend

Qubada 6 yaşlı oğlanı maşın vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubada 6 yaşlı oğlan avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatına görə, iyulun 19-da saat 18 radələrində Quba şəhəri ərazisində şəhər sakini E.Əliyev idarə etdiyi “VAZ-2104” markalı avtomobillə velosiped sürən həmyerlisi 6 yaşlı Bəkiri vurub. Xəsarət almış uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

İnterpress.az