Azərbaycanda karantin rejimi qaydalarını pozan vəkil həbs edilibbackend

Azərbaycanda karantin rejimi qaydalarını pozan vəkil həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda karantin rejimi qaydalarını pozan şəxs həbs edilib.

İnterpress.az-ın məlumatına görə, Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil Bürosunun vəkili Nadirov Elçin Zahir oğlu karantin qaydalarını pozduğu üçün saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib.

Xətai rayon Məhkəməsində hakim Lalə Rəhimlinin sədrliyi ilə keçirilən prosesdə Elçin Nadirov 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Qərardan narazı qalan vəkil apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsində onun şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

 

İnterpress.az