Aİ XİN başçıları Belarusdakı vəziyyəti müzakirə edəcəklərbackend

Aİ XİN başçıları Belarusdakı vəziyyəti müzakirə edəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) ölkələrinin Xarici İşlər nazirləri Belarusdakı vəziyyəti müzakirə edəcəklər.

İnterpress.az-ın xəbərinə görə, bu barədə Polşanın Xarici İşlər Nazirliyi (XİN) “Twitter” hesabında məlumat yayıb.

Məlumatda bildirilib ki, Polşanın çağırışına cavab olaraq Aİ XİN başçıları avqustun 14-də Belarusdakı vəziyyəti müzakirə etmək üçün xüsusi videokonfrans keçirəcəklər.

Videokonfransda Türkiyə-Yunanıstan münasibətlərindəki gərginlik, habelə Venesuela və Livandakı vəziyyət də müzakirə olunacaq.

Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. Belarus Prezidentinin əsas rəqibi S. Tixanovskayanın isə 10% səs topladığı açıqlanıb.

Seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində nəticələrə etiraz edən vətəndaşlarla polis qüvvələri arasında toqquşmalar artıq üç gündür davam edir.

 

İnterpress.az