Şəki sakinləri Biləsuvarda 2 kq-a yaxın heroinlə tutulubbackend

Şəki sakinləri Biləsuvarda 2 kq-a yaxın heroinlə tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində “Mercedes” markalı avtomobil şəhər ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sürücü, Şəki rayon sakini R.Yəhyayev, sərnişinləri olan qardaşı Q.Yəhyayev və həmyerlisi G.Həsənova polis əməkdaşları tərəfindən RPŞ-yə gətiriliblər.

Şəxsi axtarış zamanı G.Həsənovadan 1 kiloqram 848 qrama yaxın heroin və 67 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

 

İnterpress.az