“Kalaşnikov” yeni AK-12 silahlarını qonşu ölkələrə ixrac etməyə başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Dmitri Tarasov danışıb.
Onun sözlərinə görə, şirkət AK-12-lərin Rusiya Müdafiə Nazirliyinə 2020-ci ilədək verilməsi ilə bağlı öhdəliklərini yerinə yetirib və artıq 2021-ci ilin sifarişlərinin hazırlığına başlayıb.
Hələlik bu silahlarının hansı ölkələrə ixrac olunduğu açıqlanmır.
Qeyd edək ki, AK-12 avtomatı yeni platforma olaraq nəzərdə tutulub və bunun əsasında müxtəlif kalibrli həm hərbi, həm də mülki silahların istehsalı planlaşdırılır.
İnterpress.az






