Lalə Şövkət sabah əməliyyat olunacaqbackend

Lalə Şövkət sabah əməliyyat olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət sabah əməliyyat olunacaq.

Bu barədə açıqlamasında Lalə Şövkətin oğlu Sidqi Şövkət bildirib.

Şövkətin sözlərinə görə, hazırda anasının vəziyyəti normaldır, xəstəxanada həkim nəzarətindədir: “Uzun illərdir,Lalə xanımın yoğun bağırsağında şiş var. Sadəcə, hər il şiş temperaturunun qalxmasına səbəb olurdu, müalicə edilirdi. Bu il də 4 ay həmin şiş Lalə xanımın temperaturunun qalxmasına səbəb oldu. Həkimlər və cərrahlar şişin mütləq əməliyyatla götürülməli olduğunu məsləhət gördülər. Lalə xanım sabah özəl klinikalardan birində əməliyyat olunacaq”.

 

İnterpress.az