“Majoritar deputat olaraq, onqat enerji ilə Marneuli və Qardabani bələdiyyələrinə xidmət etməyə və parlamentdə hər birinizin layiqli səsi olmağa hazıram”.
İnterpress.az xəbər verir ki, bu sözləri hakim “Gürcü Arzusu” Partiyasının Marneuli-Qardabani seçki dairəsi üzrə majoritar namizədi, Zaur Darğallı təqdimat mərasimində səsləndirib. ”Mənim üçün, xüsusi fəxr ediləsi məqam odur ki, müxtəlif xalqların, dini nümayəndələrin yaşadığı bir rayondanam. Mən bu rayonun evladıyam. Burada doğulub-böyümüşəm, burada mənim evladlarım yaşayır və böyüyürlər. Mənim üçün, yaşadığım rayonun inkişafı xüsusi olaraq önəmlidir. Gürcü Arzusu komandası 2012-ci ildən etibarən, Marneuli və Qardabanidə inkişafın zəifləməməsi üçün hər şey edir. Regionumuzda çox sayda önəmli proekt planlayırıq. Biz heç bir hakimiyyət dönəmində baş tutmamış böyük və tarixi əhəmiyyət kəsb edən proektlər həyata keçirəcəyik. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, heç vaxt yolu olmayan kəndlərə yol, heç vaxt suyu olmayan kəndlərə su xəttləri çəkəcəyik”-deyə Zaur Darğallı bildirib. O, namizədliyinin irəli sürülməsini parlamentdə Mareneuli və Qardabani əhalisinin səsi olmaq üçün, böyük bir fürsət olduğunu bildirib. “Bir il bundan əvvəl, mer seçkilərində mənim namzidəliyim irəli sürüldü və sizin böyük dəstəyiniz sayəsində seçkilərdə uğurlu qələbə əldə etdik. İndi də sizin səsinizi parlamentdə ucaltmaq üçün böyük fürsət əldə etmişəm. Əminəm ki, parlamentdə sizin layiqli təmsilçiniz olacam”, – deyə Z. Darğallı bildirib.






