Müsavat Patiyasının qərargahından oğurluq edən şəxs saxlanılıbbackend

Müsavat Patiyasının qərargahından oğurluq edən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müsavat Patiyasının qərargahından 2 500 manat dəyərində 2 ədəd kondisioner oğurlamaqda şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edib.

Bu barədə şəhər Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunan, 1994-cü il təvəllüdlü Toğrul Babayev saxlanılıb. Oğurlanan əmlak maddi sübut kimi aşkar olunaraq götürülüb.

Cinayət əməlində şübhəli bilinən digər şəxsin tutulması istiqamətində əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

İnterpress.az