Yaponiyanın “SkyDrive” şirkətinin hazırladığı uçan avtomobil uğurla sınaqdan keçirilib.
İnterpress.az xəbər verir ki, bu barədə layihə rəhbəri Tomohiro Fukudzava məlumat yayıb.
SD-03 markalı avtomobil 2 metr yüksəklikdə 4 dəqiqəyə qədər havada qalıb.
Ümumilikdə, cihaz havada təxminən 5 dəqiqə qala bilir. Onun sürəti isə saatda bir neçə kilometr təşkil edir.
İnterpress.az






