Beynəlxalq Ordu Oyunları – 2020 yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız final mərhələsinə yüksəlib.
Bu barədə İnterpress.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Sentyabrın 5-də keçiriləcək final mərhələsində Azərbaycan tankçıları Rusiya, Çin və Belarus komandaları ilə yarışacaq.
İnterpress.az






