Moskvada MDB və Şanxay Əməkdaşlığı Təşkilatının Müdafiə nazirlərinin iclası keçirilirbackend

Moskvada MDB və Şanxay Əməkdaşlığı Təşkilatının Müdafiə nazirlərinin iclası keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada MDB, Şanxay Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Müdafiə nazirlərinin birgə iclası keçirilir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva vilayətinin Kubinka rayonunda yerləşən Park Patriot Mərkəzində keçirilən iclasda 13 ölkənin Müdafiə Naziri iştirak edir.

Bundan başqa, birgə iclasa MDB-nin İcraiyyə Komitəsinin katibi Nikolay Lebedev və  KTMT-nin baş katibi Stanislav Zas qatılıblar.

Azərbaycanı tədbirdə Müdafiə Naziri general-polkovnik Zakir Həsənov təmsil edir.