Ərdoğan: “Rusiya və Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair memorandum imzalandı”backend

Ərdoğan: “Rusiya və Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair memorandum imzalandı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının (AK Partiya) qrup toplantısında Qarabağla əlaqəli açıqlamalar verib.

O, Prezident İlham Əliyevi və Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib:

“Dostum İlham Əliyev başda olmaqla, bütün azərbaycanlı qardaşlarımı işğal altındakı torpaqlarının və bütün Qarabağın azad edilməsi münasibətilə təbrik edirəm. Türkiyə razılaşmanın həyata keçirilməsinə nəzarət etmək və yoxlamaq üçün bölgədə qurulacaq ortaq sülhməramlı qüvvələrdə Rusiya ilə birlikdə iştirak edəcək”.

Ərdoğan artıq bu barədə müqavilənin imzalandığını da bildirib:

“Atəşkəsə nəzarət və yoxlama üçün quracağımız Türk-Rus Ortaq Mərkəzi ilə bağlı anlaşma memorandumu bu gün səhər imzalanıb. Bu mərkəz Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında yaradılacaq. Dağlıq Qarabağda atəşkəsin pozulmasının qarşısını almaq üçün bütün tədbirlər bu mərkəz tərəfindən həyata keçiriləcək”.

Türkiyə lideri qeyd edib ki, Azərbaycan və Qarabağdakı 28 illik işğal rəsmi və faktiki olaraq sona çatır:

“Qarabağ yenidən yenidən əmin-aman vətənə çevrilir, ayın kölgəsində dinc yerini tutur”.

Daha sonra söyləyib ki, Rusiya ilə Türkiyə atəşkəs monitorinq mərkəzinin yaradılması haqqında razılaşma imzalayıb. Onun sözlərinə görə, Türkiyə Rusiya ilə birgə sülhməramlıların tərkibində yer alacaq.

Türkiyə Prezidenti deyib ki, Azərbaycan heç bir zaman mülki şəxsləri hədəf almayıb və almayacaq: “Bundan sonra da Azərbaycanla ortaq gələcəyimizin qurulması üçün birlikdə çalışacağıq”.

O, bəyanatın imzalanması ilə Azərbaycan xalqını və Prezident İlham Əliyevi təbrik edib. Bildirib ki, hər zaman olduğu kimi türkiyə Azərbaycanın yanında oldu və işğalın sona çatması üçün hər bir şeyi etdi:

“Türkiyə və Türk milləti olaraq 28 ildir ki, hər gün bu işğalın ağrısını azərbaycanlı qardaşlarımızla birlikdə ürəyimizdə hiss etdik. Daha əvvəllər Kirpdə, 1990-cı illərə Bosniyadakı qətliamlara laqeyd qalanlar Qarabağdakı qətliamları da görməzliyə vurublar. Biz Xocalıda və digər Qarabağ şəhərlərində qətlə yetirilən qocaların, uşaqların, qadınların acısını azərbaycanlı qardaşlarımızla birlikdə yaşadıq, birlikdə göz yaşı tökdük. Ermənistanın yenidən Azərbaycan torpaqlarına hücum etməsi ilə yenidən başlayan döyüşlərdə bütün imkanlarımız və qəlbimizlə azərbaycanlı qardaşlarımızın yanında yer alaraq, bu işğalı sona çatdıracaq prosesə töhfə verdik. Azərbaycan Prezidenti İlham Əliyevlə demək olar ki, hər gün danışdıq, bu həyəcanı birlikdə yaşadıq”.

İnterpress.az