2020-ci ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin dəyəri 40 166,5 milyon manat təşkil edib.
İnterpress.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 1,3 % azdır.
O cümlədən hesabat dövründə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 27,9 % azalaraq 6 998,4 milyon manat olub.