Güney Azərbaycan mənbələrinin yaydığı məlumata görə, Təbriz zindanında saxlanılan Məcid Taqızadə 50 milyon tümənlik, Meşkinşəhr (Xiyav) həbsxanasında saxlanılan Sina İrşadi isə 10 milyon tümənlik mülk girovu qarşılığında sərbəst buraxılb. Hər iki fəalın həbsdə saxlandığı müddətdə müxtəlif təzyiq və təhdidlərə məruz qoyulduğu bilirilir.
Xatırladaq ki, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Məcid Taqızadəni noyabrın 20-də (abanın 29-da) Təbrizin Səhənd stadionunda “Tiraxtur”la “Siyahcameqan” komandaları arasında keçirilən oyun zamanı stadionun qapısında tutmuşdular.
ETTELLAT-ın Xiyav bölməsinin məmurları isə gənc fəal Sina İrşadini noyabrın 25-də tutub naməlum istiqamətə aparmışdılar.
Qeyd edək ki, noyabrın 9-dan başlayaraq Güney Azərbaycanın müxtəlif şəhərlərində rassizm və fars irqçiliyinə qarşı kütləvi etirazların keçirilməsdindən sonra İran təhlükəsizlik qüvvələrinin dinc azərbaycanlı fəallara qarşı təzyiqi gücləndirilib.
İnterpress.az