İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Suriya böhranına həll yolu üzrə danışıqlar dekabrın ortalarında Nyu-Yorkda müzakirə ediləcək. Bu barədə BMT-nin baş katibi Ban Ki Mun məlumat verib.
Onun sözlərinə görə, hazırda bütün tərəflər bu görüşün perspektivli keçməsi üçün ciddi səy göstərir.
Baş katib, danışıqlarda müsbət irəliləyişlər olacağına ümid etdiyini bildirib.
Suriya üzrə toplantı böyük ehtimalla dekabrın 18-də keçiriləcək.
İnterpress.az