Saakaşvili, Gürcüstan vətəndaşlığından çıxarıldıbackend

Saakaşvili, Gürcüstan vətəndaşlığından çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az rus mətbuatına istinadən xəbər verir ki, Gürcüstan Dövlət Rəhbərliyindən bildiriblər ki, \”Mixail Saakaşvilinin başqa bir ölkənin vətəndaşlığına keçməsi ilə əlaqədar Gürcüstan vətəndaşlığından çıxarılmasına dair qərarın ölkənin Prezidenti Georqiy Margelaşvili tərəfindən imzalandığı qeyd olunub.

Gürcüstan Ədliyyə Naziri Tea Tsulukiani, 3 dekabrda Gürcü lider Marqelaşviliyə, Saakaşvilinin vətəndaşlıqdan çıxarılmasını tövsiyə etmişdi.

2004-2013-ci illər arasında Gürcüstan Dövlətinə rəhbərlik edən Saakaşvili, 2013-cü ildə keçirilən seçkiləri uduzaraq vəzifəsini Margvelaşviliyə təhvil verdi. Haqqında çıxan korrupsiya iddialarının ardından Gürcüstanı tərk edən Saakaşvili, əvvəl ABŞ-da yaşayıb, sonra Ukraynaya getdi. Mayın 30-də Ukraynanın Odessa şəhərinin icra hakimiyyətinə təyin edilən Saakaşvili, qısa müddət sonra da Ukrayna vətəndaşlığına da keçdi.

Interpress.az