İnterpress-ın xəbərinə görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Twitter” səhifəsində yazıb.
“Bu ayın sonunda Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili üçün çalışırıq”, – deyə o qeyd edib.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da Belqradda jurnalistlərə açıqlamasında prezidentlərin görüşünün dekabra planlaşdırıldığını bildirib.
İnterpress.az