İranda jurnalistlər etiraz etdibackend

İranda jurnalistlər etiraz etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Iranda 90 jurnalist, açıq məktubla İran hakimiyyətinə müraciət etdi. Onlar bu məktubu imzalamaqla, hakimiyyətdən həbs edilən dörd jurnalist həmkarının ədalətsiz həbsinə etiraz bildirərək, onların həbsdən tezliklə azad olunmasını tələb etdilər. Məktubda deyilir ki, İysi Səhərxiz, İhsan Mazəndərani, Saman Səfərzayi və Afərin Çitsaz xarici KİV-lərlə əməkdaşlıq etdiklərinə görə, yalancı və əssasız ittihamlarla həbs ediliblər. Hətta bu həbsləri İran prezidenti yaxşı hazırlanmış “kriminal iş” adlandırıb. Məktubu imzalayanlar qeyd edirlər ki, bu həbsləri həyata keçirən “Bəsic” (İnqilab Keşikçiləri Korpusu) kəşfiyyatı, ölkənin daxili qanunvericilik və beynəlxalq hüquq normalarına qarşı zidd addım atıb. Hal-hazırda “Bəsic” bu dörd jurnalisti “Qərb dövlətləri ilə əməkdaşlıq etmə” ittihamı ilə həbsdə saxlayır.

İranda jurnalistlər etiraz etdi

İnterpress.az