Xoşbəxt Yusifzadə: “29 nəfər itkin düşüb”backend

Xoşbəxt Yusifzadə: “29 nəfər itkin düşüb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

\”29 nəfər itkin sayılır. Onların tapılması istiqamətində bütün tədbirlər davam edir. Əsas məqsədimiz onları tapmaqdır”

“Qaz kəməri güclü küləyə tab gətirməyib söndü. Qəfildən hər yer qaranlığa və alova qərq oldu. Olduqca dəhşətli mənzərədir. Amma bizim əməkdaşlarımız özünü itirmədi və təlimata uyğun hərəkət etdi. Bundan sonra hadisə yerinə xilasedicilər gəldi. Lakin güclü dalğa və alov imkan vermədi ki, xilasedicilər yaxınlaşa bilsinlər. Saat 23:00 radələrində bizim işçilərimiz lə dolu qayıqlardan biri dənizə düşdü. Hazırda da onların axtarışları davam edir. 29 nəfər itkin sayılır. Onların tapılması istiqamətində bütün tədbirlər davam edir. Əsas məqsədimiz onları tapmaqdır”, – deyə o bildirib.

X. Yusifzadə bildirib ki, 26 nəfər xilas edilib, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib: “Bir qismi müalicə onur, bir qismi artıq evə buraxılıb”.

X. Yusifzadə yanğının hələ söndürülmədiyini, bu istiqamətdə işlər aparıldığını da qeyd edib.(apa)

İnterpress.az