\”Qafqazinfo\”nun tədbirdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, IB-nin baş mühəndisi Balamirzə Ağarəhimov deyib ki, xilasetmə ilə bağlı axtarışlar bütün gecə davam etdirilib: \”Bu gün səhərdən xilasetmə platformanın suyun altında ola hissəsində başlayıb. Biz bu axtarışa dünən başlamaq istəyirdik. Amma küləyə görə su bulanıq olduğu üçün edə bilmirdik. FHN helikopterləri də axtarışları davam etdirilir. \”Vixr\” gəmisi də axtarışdadır. Hazırda FHN rəhbəri Kəmaləddin Heydərov, sərhəd qoşunlarının komandanı Elçin Quliyev və Xəzər Dəniz Gəmiçiliyinin rəhbəri müşavirə keçirir. Hələ ki, itkin düşən dənizçilərdən heç biri tapılmayıb. Buzovna tərəfində jilet tapıldığı bildirildi. Amma baxış zamanı bəlli oldu ki, onlar bizim işçilərə aid deyil. Güman ki, balıqçıların jileti olub.
Yanan neft quyusunda alovlanma davam edir. Hələ ki söndürülməyib. Hazırda söndürülmə ilə bağlı müzakirə aparılır ki, başqa hansı addımlar aparılsın\”.
Interpress.az