Qəza yoxsa laqeydlik? – İDDİAbackend

Qəza yoxsa laqeydlik? – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İDDİA – “Rəhbərliyiə məlumat verildi. Lakin “bir şey olmaz, istehsalı dayandırmayın” əmri verildi”

“Günəşli” platformasında baş verən yanğının əsas səbəbləri barədə hələ ki, rəsmi məlumat yoxdur. Amma müxtəlif versiyalar getdikcə artmaqdadır. Almaniyada yaşayan azərbaycanlı bloqqer Həbib Müntəzirin facebook səhifəsində paylaşdığı məktub böyük marağa səbəb olub. Həbib müntəzir iddia edir ki, məktubu ona “Günəşli” platformasında çalışan, hadisənin şahidi olan neftçilərdən biri göndərib.

Məktubu olduğu kimi təqdim edirik:

“Günəşli yatağında olan özüllərin birində fəhlə kimi çalışıram. 4 dekabr tarixində güclü külək əsirdi. Küləkdən savayı dalğanın hündürlüyü, dənizdə axın surəti də yüksək idi. Hansısa bir qəza hadisəsi baş verməsi qaçılmaz idi. Çünki bütün kollektorlar, sualtı qurğular və bərkitmələr külək-dalğanın zərbəsi və axının yaratdığı təzyiqə məruz qalırdı. Radiorabitədən başqa heç bir əlaqə vasitəsi işləmirdi. Mobil operatorlara bir gün öncə mən tərəfdən zəng olundu və belə bir problemin mövcud olduğu barədə xəbər verildi. Amma şəbəkə dekabrin 2-dən yox idi. Daha sonra 4 dekabr tarixində daxili telefonlardan belə heç bir əlaqə saxlamaq olmurdu. Həmən gün, səhər saatlarında bloklar və idarəarası radiorabitə vasitəsiylə verilən “svodkalar”ı dinləyirdilər. Bizə yalnız nəzarət işlərinin aparılması göstəiş verildi. Bir çox bloklarda artıq küləyin fəsadları haqqında məlumatları eşidirdik. Kollektorlarda olan sualtı bərkitmələr qırılmış və xətlər tərpənməyə başlamışdı. Dalğanın nəticəsində qırılmış xətlər sürtünməyə, döyünməyə başlamışdı. Bir müddət sonra 10 saylı özüldə kollektorlardan birinin qaz buraxması barədə ratsiya vasitəsiylə “28 may” rəhbərliyinə bu barədə məlumat verildi. Bunu eşidirdik. Lakin rəhbərlikdə bu hadisəyə laqeyd yanaşıldı və adi hal kimi “bir şey olmaz, istehsalı dayandırmayın” xəbəri verildi. Halbuki həmin xətt bağlanmalı idi. Daha sonra saat 17-18 radələrində gurultu səsi və işıltı müşahidə etdik. Və 10 saylı özülün yandığını gördük. FHN-ə məxsus “Vixr” gəmisi 3 saat ərzində hadisə yerinə gəldi, amma heç bir tədbir görə bilmədi. Dalğanın hündürlüyü 10 metrəyə çatardı. Bu hadisədən sonra özüllərdə xətlərin başqa özüllərə yönləndirilməsi başladı. Gecə saatlarında isə radiostansiya vasitəsilə rəhbərliyə verilən məlumata görə, qayığın birinin qırıldığı bildirildi.

İnterpress.az