İnterpress.az xəbər verir ki, səfər çərçivəsində Mirzoyan ABŞ Konqresində çıxış edəcək. Qeyd edək ki, ABŞ Konqresində “Artsaxın müstəqilliyi” ilə bağlı tədbir keçiriləcək. Mirzoyanın həmçinin bir sıra ABŞ konqresmenlərİ ilə görüşü planlaşdırılıb.
Xatırladaq ki, ABŞ Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsi üçün təşkil olunmuş ATƏT-in Minsk Qrupunun həmsədridir. Amerika bununla əlaqadar problemlə bağlı bitərəf mövqe nümayiş etdirməyə borcludur. Separatçı Mirzoyanın Konqresin tribunasına buraxılması isə ABŞ-ın vəd etdiyi ədalətli yanaşma və sülhməramlı missiya ilə üst-üstə düşmür.
İnterpress.az