İnterpress.az İraq mətbuatına istinadən xəbər verir ki, İraqda bir zaman millət vəkili olan, liberal Şiyyə din xadimi İyad Cəmaləddin ölkəsini ancaq yeni bir Atatürkün xilas edəcəyini söylədi.
\”Əl-Arabiyya\”-da yayımlanan \”Gündəm\” proqramında iştirak edən, dünyəvilik və İranın İraqa müdaxiləsi kimi mövzulardakı fikirləri diqqət çəkən Şiyə din xadimi , burada verdiyi açıqlamada, \”İraqın yenidən birliyini təmin etmək üçün qanunu zorla tətbiq edəcək bir İraqlı Atatürk lazımdır\” deyə danışdı.
Şəriət rejiminə qarşı çıxaraq dünyəviliyi müdafiə edən və İraqın birliyini qorumağın yeganə yolunun dünyəvilik olduğunu müdafiə edən İyad Cəmaləddin, Atatürkün bunun ən yaxşı nümunəsini verdiyini qeyd edib. Dünyəviliyin İraq üçün ən yaxşı rejim olduğunu müdafiə edən Şiyyə din xadimi, \”Səddamı dünyəvi olması deyil, ardıcıl girdiyi müharibələr devirdi. Səddam xüsusi olaraq Şiyyələrin deyil, özünə qarşı olan hər kəsə düşmən idi\” fikirlərini dilə gətirdi.
Interpress.az