BMT İranda narkotiklərlə mübarizəyə 20 milyon dollar vəsait ayırırbackend

BMT İranda narkotiklərlə mübarizəyə 20 milyon dollar vəsait ayırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ə.Rəhmani-Fəzli deyib ki, imzalanacaq sənədə əsasən, BMT narkotiklərlə mübarizə məqsədi ilə İrana 20 milyon dollar vəsait verəcək.

Ə.Rəhmani-Fəzli bildirib ki, İranda narkotik maddələrin yayılması dərəcəsi dünya ölkələri ilə müqayisədə aşağıdır: “Bu rəqəm dünyada 4 fiaz təşkil edirsə, İranda 2,5 – 3 faizdir”.

O, həmçinin ölkəsində narkotik maddələrin isitfadəçilərinin sayının artdığını bildirib: “Narkotik maddələr, xüsusi ilə sənaye üsulu ilə hazırlanmış narkotiklər ənənəvi narkotikləri əvəz edib. Sənaye üsulu ilə hazırlanan narkotiklərin növü çox olduğu üçün bu, ölkədə istifadəçilərin sayının artmasına səbəb olub”.

Nazir deyib ki, hökumət ölkənin 6-cı inkişaf proqramı çərçivəsində ölkədə narkotik istifadəçilərinin sayının ildə 5 faiz azaldılmasını planlaşdırır, bununla bağlı proqramlar həyata keçiriləcək.

İran tiryək istehsalçısı olan Əfqanıstanla Avropa arasında tranzit dəhlizdə yerləşib. İran hökuməti narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə təhlükəsizlik xidmətinin min əməkdaşını ölkənin şərq sərhədinə göndərib və 1000 kilomertdən çox bənd, kanal, sement divar inşa edib.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin məruzəsinə əsasən, Əfqanıstan və Pakistan arasında sərhəd regionu silah və narkotik maddələrin qanunsuz ticarəti, eləcə də qeyri-leqal miqrasiya üçün dünyada ən böyük azad ticarət zonalarından birinə çevrilib.

İranın Narkotiklərlə Mübarizə Təşkilatının rəsmi statistikasına görə, ölkədə hazırda 1 milyon 350 min narkotik istifadəçisi var ki, onlardan 9,6 faizi (130 min nəfəri) qadındır. Statistik məlumatlara görə, narkotik istifadəçilərinin 75 faizi orta təhsilli, 21 faizi isə ali təhsillidir. Narkotik asılılığı olanların böyük əksəriyyəti 15-64 yaş arasındadır.

İnterpress.az