Ağdaşda avtomobil qəzasında iki uşaq ölüb, 3 nəfər ağır xəsarət alıbbackend

Ağdaşda avtomobil qəzasında iki uşaq ölüb, 3 nəfər ağır xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Bakı-Qazax avtomobil yolunun 281-ci kilometrliyində, Ağdaş rayonu ərazisində qeydə alınıb. 1979-cu il təvəllüdlü Bayramov Tural Rafiq oğlunun idarə etdiyi \”Gelly\” markalı avtomobil qarşı tərəfdən gələn 1974-cü il təvəllüdlü Səfərov Etibar Baxşəli oğluna məxsus \”Mercedes\” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində avtomobildəki iki azyaşlı uşaq, 2011-ci il təvəllüdlü Bayramlı Hüseyn Vüsal oğlu və 2012-ci il təvəllüdlü Bayramlı Ayan Tural qızı dünyasını dəyişib. Avtomobillərin sürücüləri və digər sərnişin, 1982-ci il təvəllüdlü Mehriban Bayramova Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

İnterpress.az