İnterpress.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, şirkətdən bildiriblər ki, qazma qurğusunun yerdəyişməsi zamanı türk bayrağı altında üzən ticarət gəmisi istiqamətini dəyişməyərək qəza vəziyyəti yaradıb. Radiomübadilə zamanı guya türk gəmisinin kapitanı çağırışlara cavab verməyib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin keşikçi kateri və Qara dəniz donanmasının raket kateri türk bayrağı altında üzən gəmini kursunu dəyişməyə məcbur ediblər.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən dekabrın 13-də Egey dənizində Rusiyaya məxsus hərbi gəmi Türkiyə balıqçı gəmisinə xəbərdarlıq atəşi açıb.
İnterpress.az