Prokuror Bakıda məscidi yandırmaq istəyən şəxslərə cəza istəyibbackend

Prokuror Bakıda məscidi yandırmaq istəyən şəxslərə cəza istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, N, Nəsibovun 17 il, E. Ələkbərovun isə 15 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Proses dekabrın 21-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il noyabrın 26-da Qaraçuxur qəsəbəsində yerləşən «Cümə» məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılaraq, yanğın törədilib. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Namiq Nəsibov və Elnur Ələkbərov saxlanılıblar.

Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında PKK terrorçu təşkilatının nəzarətində olan Suriya\”>Suriya Ərəb Respublikası ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. Namiq Nəsibov Suriya\”>Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərov ilə birgə PKK terrorçu təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar. Namiq Nəsibov və Elnur Ələkbərov İnternetdə sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib.

Interpress.az