Türkiyə təmsilçiləri “Qalatasaray” və “Fənərbağça”nın rəqibləri bəlli olub.
“Qalatasaray” İtaliyanın “Latsio” komandası ilə qarşılaşacaq. “Fənərbağça”nın rəqibi isə Rusiyanın “Lokomotiv” (Moskva) komandası olub. Rusiya-Türkiyə münasibətlərinin gərginləşdiyi bir dövrdə iki komandanın mübarizəsi əlavə prinsipiallıq qazanıb və təhlükəsizliklə bağlı narahatlıqların ortaya çıxmasına səbəb olub.
Interpress.az