Bu, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 2015-ci il üzrə Elmi-Elmi Təşkilati Fəaliyyəti üzrə Hesabatında yer alıb.
Hesabat ilində 17 hiss olunan (ml=3.1-5.9) zəlzələ baş verib. 2015-ci ildə Azərbaycanın şimal zonasında Oguz, Şamaxı-İsmayıllı seysmogen zonasında, Şabran və Talış zonasında seysmikliyin artımı müşahidə olunur. 2015-ci ildə 2014-cü ilə nisbətən Xəzərin seysmikliyi bir qədər artıb, ayrılan seysmik enerji isə 2 dəfə az olub.
Qeyd edək ki, 2015-ci ildə respublika ərazisində 7000 yaxın zəlzələ qeydə alınıb. Bunlardan 17-i hiss olunan zəlzələ olub.
Interpress.az