Irna qələtini düzəltdibackend

Irna qələtini düzəltdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən günlərdə İRNA-da yayımlanan bir xəbərdə Kürdüstan Bölgəsinin lideri Məsud Bərzaninin ünvanına \”Şimali İraqın şalvarlı adamı\” ifadələriişlədilib.
Hadisədən dərhal sonra kürd mediasına aşıqlama verən Kürdüstan Bölgəsi hökuməti Tehran nümayəndəsi Nazim Debag, bu ifadənin kürdlərdən şəxsiyyətinə və kürd irqinə qarşı edilən bir hörmətsizlik olduğunu ifadə etdi.

İRNA-ya edilən etirazların yerində olduğunu söyləyən Debag, \”İRNA bu məsələ haqqında rəsmi aşıqlama verib Kürdüstan xalqından üzr istəməlidir\” deyib.
Xatırladaq ki, 9 dekabrda İRNA-a, \”Bərzani Türkiyədə nəyin arxasına düşüb?” Başlığıyla bir xəbər paylaşıb. Xəbərin bir hissəsində Bərzani üçün \”Şimali İraqın şalvarlı adamı\” ifadələri istifadə edilib.

Sosial mediada İRNA-ya tənqid mesajları göndərən kürd ictimaiyyəti, \”# İRNAÜZRİSTƏ\” haştaqı ilə kampaniya başladıb. Kampaniyaya dəstək verənlər, milli Kürd paltarıyla çəkdikləri fotoşəkilləri \”# İRNAÜZRİSTƏ\” haştaqı altında paylaşıblar.

Böyüyən reaksiyaların ardından dünən İRNA xəbər agentliyinin Rojhılat (Şərq Kürdüstan) Nümayəndəliyi, bir şərh yayımlayaraq kürd xalqından üzr istəyib.
Şərhdə, haqqında danışılan xəbərin bir səhvdən ibarət olduğu və saytda düzəldildiyi ifadə edilib.

İnterpress.az