Ərzaq bahalaşıb?backend

Ərzaq bahalaşıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumilikdə isə istehlak məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,4 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ay ərzində düyünün, unun, toyuq ətinin, kolbasa məmulatlarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, üzümün, xiyarın, pomidorun, badımcanın, bibərin, lobyanın, kartofun, soğanın, sarımsağın qiymətlərində bahalaşma olub. Qarabaşaq yarmasının, mal və qoyun ətinin, limonun, portağalın, naringinin, almanın, heyvanın, bananın, xurmanın, kələmin, göyərtinin, balqabağın, çuğundurun, yerkökünün qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İnterpress.az