Bakıda 15 yaşlı məktəbli bıçaqlanıbbackend

Bakıda 15 yaşlı məktəbli bıçaqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress-ə Yasamal rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, 2000-ci il təvəllüdlü Kamran Kamil oğlu Abbaszadə naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olduğu üçün onu dindirmək hələlik mümkün olmayıb.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışları davam etdirir.

Qeyd edək ki, bıçaqlanan K. Abbaszadə orta məktəb şagirdidir.

İnterpress.az