Bu barədə SOCAR-dan məlumat verilib.
\”Yanğın bir neçə quyuya keçib. Yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi və ABŞ-ın \”Boots and Coots\” şirkətinin mütəxəssisləri birgə addımlar atır. Quyulardan biri artıq demək olar ki söndürülüb. Lakin söhbət bir neçə, təxminən 5-6 quyudakı yanğının söndürülməsindən gedir. Hava şəraiti imkan verərsə, yaxın günlərdə yanğın tamamilə söndürüləcək\”, – deyə şirkətdən bildirilib.
SOCAR-ın \”Azneft\” İstehsalat Birliyindən isə APA-ya bildirilib ki, \”Boots and Coots\” şirkətinin sifarişi ilə gətirilən və \”Günəşli\” yatağındakı yanğını söndürməsində istifadə olunacaq zəruri avadanlıq bu gecə Bakıya gətirilib: \”Artıq avadanlıqlar dənizə ötürülüb. \”Boots and Coots\” şirkəti hələ ki, yanğının söndürülməsinə iştirak etmir. Lakin avadanlıq şirkətin mütəxəssislərinə çatdırılan kimi, onlar tərtib olunan plana uyğun şəkildə yanğının söndürülməsinə qoşulacaq\”.
İstehsalat Birliyinin rəsmisi əlavə edib ki, quyularda yanğının söndürülməsi ilə 6 gəmi məşğuldur.
\”Azneft\”dən o da bildirilib ki, \”Günəşli\” yatağında baş verən yanğının nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən \”Neft Daşları\”nın 3 əməkdaşının axtarışları davam etdirilir. Hazırda axtarışlar 3 helikopter vasitəsilə aparılır.