Prokuror ​Rauf Mirqədirovun işinin yüngülləşdirilməsini istəyibbackend

Prokuror ​Rauf Mirqədirovun işinin yüngülləşdirilməsini istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Əlisultan Osmanovun sədrlik etdiyi proses qapalı olub. Prosesdən sonra jurnalistlərə açıqlama verən R.Mirqədirovun müdafiəçisi Fuad Ağayev bildirib ki, dövlət ittihamçısı çıxış edib: \”Prokuror Rauf Mirqədirovun 7 il azadlıqdan məhrum edilməsini istəyib\”.
Bundan başqa, prokuror hakimdən R.Mirqədirovun işinə Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin təsdiqlənməsini, bununla da onun işinin yüngüləşdirilməsini istəyib.
Növbəti proses dekabrın 23-də keçiriləcək.
Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

İnterpress.az