Nazir müavini: Ötən il 15-19 yaşlı anaların 279-u ikinci uşaq dünyaya gətiribbackend

Nazir müavini: Ötən il 15-19 yaşlı anaların 279-u ikinci uşaq dünyaya gətirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev \”Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi\” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

İ.İsayev deyib ki, 2014-cü qeydə alınmış 84912 nikahın 479-u 18 yaşına çatmamış qızlarla, 2-si 18 yaşına çatmamış oğlanla olub. 2014-cü ildə respublika üzrə 170503 diri doğulan uşağın 3296-sı 15-17 yaşlı uşaqların payına düşür.

İ.İsayev bu sahədə problemin ölkə ictimaiyyəti üçün narahat edici olduğunu da söyləyib: \”Ailə cəmiyyətin əsasını təşkil edir. Onu qurmaq, formalaşdırmaq, qoruyub saxlamaq yaş və psixoloji baxımdan yeniyetmələr üçün çətindir. Bunun üçün yeniyetmənin özünün tam mənada formalaşması tələb olunur\”.(trend)

İnterpress.az