Bunu Aİ-nın adının çəkilməsini istəməyən yüksək çinli nümayəndəsi deyib. “Mən hər hansı müzakirənin olacağını gözləmirəm. Bəlkə də yanılıram, lakin mən bunu ölkələrin nümayəndələr arasındakı danışıqlara əsasən söyləyirəm”, – deyə o, bildirib.
Mənbə əlavə edib ki, Minsk razılaşmalarının yerinə yetirilməsi ilə sanksiyaların uzadılması arasındakı əlaqə hələ də aktuallığını qoruyub saxlayır: “Bu isə o deməkdir ki, 28 lider qarşıdakı 6 ay müddətində sanksiyaların uzadılmasını dəstəkləyəcək”.
İnterpress.az