Vəkil Elton Quliyev dəfn olunubbackend

Vəkil Elton Quliyev dəfn olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərhumla vida mərasimi Bakının Təzə Pir məscidində keçirilib.
Vida mərisimində E.Quliyevin həmkarları, dostları, ictimai-siyasi xadimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərhum Yasamal qəbristanlığında dəfn olunub.
Qeyd edək ki, E.Quliyev 1956-cı ildə anadan olub.
1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) hüquq fakültəsində təhsil alıb. 1977-1991-ci illərdə Bakı şəhər Daxili işlər idarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, İstintaq bölməsinin rəisi, İstintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb. 1991-ci ildə öz istəyilə daxili işlər orqanlarından çıxıb.
1996-cı ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü idi.

İnterpress.az