Nazirliyin Vergi siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov bildirib ki, Azərbaycan Respublikasının ərazisində aksiz markası ilə markalanmalı olan malların dövriyyəsinin tənzimlənməsi məqsədilə zəruri şərtlərin və tələblərin müəyyən edilməsi, o cümlədən həmin malların alqı-satqısı zamanı hesablaşmaların nağdsız qaydada aparılmasına zərurət yaranıb: “Bununla əlaqədar, belə malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydalarının müəyyən edilməsi və həmin qaydaların tələblərini pozan şəxslərin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşımaları barədə müddəalar Vergi Məcəlləsinə daxil edilib.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilərək tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan malların nağd qaydada az miqdarda (50 manatadək) satılması, belə malların satış məqsədləri üçün nağd qaydada az miqdarda (50 manatadək) alınması inzibati xəta kimi müəyyən edilib.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində edilmiş dəyişikliklərə əsasən tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan malların nağd qaydada xeyli miqdarda (50 manatdan 1000 manatadək) satılmasına, belə malların satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alınmasına görə cinayət məsuliyyəti müəyyən edilib.
Bunlarla yanaşı edilmiş dəyişikliklərə əsasən saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan malları saxta aksiz markaları ilə markalama, fiziki şəxslər tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədi ilə əldə etmə istisna olmaqla, saxta aksiz markaları ilə markalanmış malları əldə etmə, saxlama və ya satma cinayət əməli kimi müəyyən edilib”.(qafqazinfo)
İnterpress.az