Türkiyə bu ölkəyə uçuş qadağası qoydubackend

Türkiyə bu ölkəyə uçuş qadağası qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk Hava Yolları (THY) Sudanda dövlət çevrilişi cəhdindən sonra başlayan etiraz aksiyaları səbəbindən bu gün etməyi planlaşdırdığı uçuşları ləğv etdiyini açıqlayıb.

Türküstan.az xəbər verir ki,mövzu ilə bağlı THY Mətbuat Xidmətindən verilən açıqlamada, “Sudanda yaşanan qarışıqlıq səbəbilə oktyabrın 26-da İstanbul-Xartum və Hartum-İstanbul reysləri ləğv edildiyi” bildirilib.

Sudanda dünən səhər saatlarında keçid hökumətindəki Baş nazir Abdullah Hamduk və digər mülki hökumət rəsmiləri, o cümlədən ən azı 4 nazir ordu tərəfindən həbs olunduqdan sonra, xalq çevriliş cəhdinə etiraz etmək üçün küçələrə çıxıb.