PSJ-nin hücumçusu Kilian Mbappe 2022-ci ilin fevralından sonra “Real”la müvaqilə imzalaya bilər.
Bunu idman jurnalisti Canluka Di Martsio bəyan edib.
O, bildirib ki, artıq futbolçunun əlində Madrid klubu ilə razılaşdırılmış hazır müqavilə var.
Jurnalistin sözlərinə görə, forvard yekun qərarını verib və yalnız inanılmaz bir hadisə onu fikrindən daşındıra bilər.